Macarıstanın xarici işlər naziri Bakıda səfərdədir

Macarıstanın xarici işlər naziri Bakıda səfərdədir

Bu gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. SİA-nın məlumatına görə, görüşdə iki ölkə arasındakı münasibətlər, regional və Dağlıq Qarabağ məsələlərinin müzakirə olunması planlaşdırılır.

Daha sonra hər iki nazirin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, səfər çərçivəsində P. Siyartonun bir çox rəsmi şəxslərlə də görüşü nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə