Qabil Hüseynli: “AŞPA-nın çıxardığı qərar münaqişənin həlli üçün ciddi əsaslar yaradır” AÇIQLAMA
"Sevindirici haldır ki, artıq ikinci dəfədir Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın Ermənistan dövləti tərəfindən işğal olunmasına dair qərar çıxarıb". Bunu SİA-ya politoloq Qabil Hüseynli AŞPA-nın Payız sessiyasında Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın Ermənistan dövləti tərəfindən işğal olunmasına dair qəbul olunan qərarına münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, AŞPA-nın çıxardığı qərar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ciddi siyasi əsaslar yaradır: "Çünki indiyədək İslam Konfransı Təşkilatı (İKT) və bir neçə dövlət DQ-nın Azərbaycanın ərazisi olması haqqında fikirlərini bildirib. BMT-nin Baş Assambleyası isə bu məsələ ilə bağlı birmənalı olmayan fikir səsləndirmişdi. Amma hazırda AŞPA kimi nüfuzlu bir beynəlxalq təşkilatın belə fikir bildirməsi sevindirici haldır. Zənnimcə, rəsmi Bakı İKT-nin, AŞPA-nın qərarlarından istifadə edərək BMT-nin Baş Assambleyasında Dağlıq Qarabağın Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsi olması haqqında siyasi qətnamə çıxarılmasına nail olmalıdır. Yalnız bundan sonra BMT-də Ermənistanı təcavüzkar elan etdirib işğalçı dövlətə qarşı sanksiyalar tətbiq etmək olar. Bildiyiniz kimi, BMT-nin Azərbaycanla bağlı 4 qətnaməsi var. Çox təəssüflər olsun ki, hələ də həmin qətnamələrin heç biri icra olunmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB