Asəf Hacıyev: "Prezidentin parlaq çıxışda Azərbaycanın keçdiyi yol öz əksini tapır" AÇIQLAMA

"Uğurların əsası 1993-cü ildə atılıb"
Asəf Hacıyev: "Prezidentin parlaq çıxışda Azərbaycanın keçdiyi yol öz əksini tapır" AÇIQLAMA

Bu gün Bakıda Nobel mükafatı laureatları, dövlət xadimləri, ölkə prezidentləri, baş nazirlər toplaşıb. Belə böyük toplantı o deməkdir ki, Azərbaycanda həyata keçirilən dövlət quruculuğu və ümumiyyətlə hər bir sahədə olan inkişaf dünya tərəfindən qəbul olunub. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asəf Hacıyev deyib. O, sözlərinin davamında bildirib ki, bu gün əlamətdar bir gündür. Bakıda Humanitar Forum öz işinə başladı və bu forumda 10-dan çox Nobel mükafatı laureatı iştirak edir.

Asəf Hacıyev vurğulayıb ki, bu uğurların əsası 1993-cü ildə atılıb. Ümumilli lider hakimiyyətə gəldikdən sonra ölkəmiz sürətlə inkişafa qədəm qoyub: "Bu artıq bir ənənəyə çevrilib. Avropa ilə əməkdaşlığın təməli hələ 1993-cü il iyunun 15-də qoyulub. Heydər Əliyev o zaman Azərbaycan Milli Məclisinə sədr seçildi və həmin ilin oktyabrın 3-də seçki yolu ilə artıq Azərbaycan Prezidenti oldu. O gündən başlayan hakimiyyətin nəticəsi bu gün görünməktədir. Bu da Heydər Əliyevin Azərbaycan üçün əhəmiyyəti və hakimiyyətə gəlməsinin mənasıdır. Bu gün Azərbaycan iqtisadi baxımdan sürətlə inkişaf edir. Ölkəmiz bütün sahələrdə böyük sürətlə inkişaf edir, humanitar sahədə də nailiyyətlər əldə olunub. Bu da dövlət quruculuğunun əsaslarını təşkil edir. Bunun əsası məhz 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə qoyulub".

Bu gün Humanitar Forumun açılışında Azərbaycan Prezidentinin parlaq çıxışından danışan millət vəkili sözlərinə bunu da əlavə edib: "Cənab prezident çıxış etdikdən sonra öz növbəsində çıxış edən Rusiya Federal Şurasının sədri Matviyenko Azərbaycan prezidentinə təşəkkür etdi. Ardınca bildirdi ki, bu çox parlaq çıxışdır. Bu parlaq çıxışda Azərbaycanın keçdiyi yol öz əksini tapır".

Bütün xəbərlər Facebook səhifəmizdə