IV Humanitar Forum öz işinə başladı

IV Humanitar Forum öz işinə başladı

IV Bakı Humanitar Forumu öz işinə başlayıb. SİA-nın xəbərinə görə, Forumda dünyanın 60 ölkəsindən dövlət xadimləri və alimlərindən ibarət nümayəndə heyəti iştirak edir.

Forumda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edəcək, daha sonra Rusiya prezidenti Vladimir Putinin forum iştirakçılarına ünvanladığı məktubu oxunacaq. Forumda BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark, İSESCO-nun direktoru Əbdüləziz Osman Əl -Tüveycri də çıxış edəcəklər.

Qeyd edək ki, açılış mərasimindən sonra panellər təşkil olunacaq. Panellərdə Estoniyanın keçmiş prezidenti Arnel Rütel, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç, Latviyanın keçmiş prezidenti Valdis Zatlers, Litvanın sabiq dövlət başçısı Yautas Landsberqs, İtaliyanın keçmiş baş naziri Enriko Leta çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə