İran İslam Respublikasının gömrük idarəsinin rəhbəri Fəxri Xiyabanda olub

İran İslam Respublikasının gömrük idarəsinin rəhbəri Fəxri Xiyabanda olub

Bu gün İran İslam Respublikasının gömrük idarəsinin rəhbəri Məsud Kərbasiyan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin dəvəti ilə Bakıya səfər edib. SİA-nın məlumatına görə, qonaq və onu müşahidə edən nümayəndə heyəti Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, məzarı önünə gül dəstələri düzüb. Daha sonra Məsud Kərbasiyan oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Şəhidlər Xiyabanında da olan qonaq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin məzarını ziyarət edərək, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Qeyd edək ki, səfər çərçivəsində M. Kərbasiyan azərbaycanlı həmkarı ilə keçirəcəyi görüşdə sərhəd-keçid məntəqələrindəki vəziyyəti, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasında gömrük orqanlarının rolu və əməkdaşlıq əlaqələrinin inkişafı və digər məsələləri müzakirə edəcək.

Səfər çərçivəsində M. Kərbasiyanın Azərbaycanda bir sıra digər görüşləri də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə