"Forumun Bakıda keçirilməsi beynəlxalq birliyin görülən işlərə verdiyi qiymətdir"
"Gənclər siyasəti üzrə I Qlobal Forumun məhz Bakıda keçirilməsi beynəlxalq birliyin Azərbaycanın gənclər siyasəti ilə bağlı həyata keçirdiyi işlərə verdiyi qiymətdir". Bunu SİA-ya açıqlamasında BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qəmbərov deyib.
O bildirib ki, Azərbaycanda uğurlu dövlət siyasətinin həyata keçirilməsi öz müsbət nəticələrini göstərir: "İndiyə qədər nümunəvi konsepsiyalar, layihələr reallaşdırmışıq, bir neçə dövlət proqramları gerçəkləşdirmişik. Bütün bunlar dövlətin beynəlxalq təşkilatlar qarşısında hesabatlarında qeyd olunur. Bu barədə məlumatlandırılan beynəlxalq birlik də Azərbaycan modelini öyrənmək üçün ölkəmizdə belə önəmli tədbirlərin keçirilməsinin təşəbbüskarı olmaqda maraqlıdır".
Komitə sədri həmçinin forumda müzakirə oluna biləcək mövzulara da toxunub: "Düşünürəm ki, bu forumda gənclərin məşğulluq məsələsi, ümumi dünya görüşü, intellektual fikir mübadiləsi, qlobal bir problem olan zərərli vərdişlərlə mübarizə yolları və gənclərin bu vərdişlərdən uzaqlaşdırılması ilə bağlı təkliflər müzakirə olunacaq".
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB