Azərbaycan Xarici İşlər Nazirliyinin yeni mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 1978-ci ildə Gəncə şəhərində anadan olub. O, ABŞ-ın Stenford və Norveç Xarici İşlər Nazirliyinin Siyasi Araşdırmalar Universitetlərinin məzunudur. SİA-nın məlumatına görə, yeni mətbuat katibi uzun illərdir ki, Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışır. Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində çalışıb. 2008-ci ildən isə Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Təhlükəsizlik problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində məsləhətçi vəzifəsini tutub.
H.Hacıyev son vaxtlar diplomatik karyerasını Azərbaycan Xarici İşlər Nazirliyində şöbə müdiri kimi davam etdirirdi.
XİN-dən verilən məlumata görə, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri H.Hacıyevlə (+99412) 596 92 76 iş telefonu, (+994 51) 311 01 05 mobil telefonu və ya h [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, XİN-in mətbuat xidmətinin əvvəlki rəhbəri Elman Abdullayev Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Efiopiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB