Yunanıstanın baş naziri Azərbaycana səfərə gəlib

Yunanıstanın baş naziri Azərbaycana səfərə gəlib

Yunanıstan Respublikasının Baş naziri Antonis Samaras sentyabrın 19-da Azərbaycan Respublikasına səfərə gəlib. SİA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Yunanıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Antonis Samarası hava limanında Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə