Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu sentyabrın 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. SİA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş nazir Əhməd Davudoğlunu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB