Milli Şura üzvü Əli Kərimli və Cəmil Həsənlini SUÇLADI

Vidadi Mirkamal: “Biganəlik yolverilməzdir”
Milli Şura üzvü Əli Kərimli və Cəmil Həsənlini SUÇLADI

"Məni heç kim İntiqam Əliyevlə bağlı hansısa tədbirə dəvət etməyib". SİA xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Şuranın üzvü Vidadi Mirkamal İntiqam Əliyevlə bağlı olan tədbirə Əli Kərimli və Cəmil Həsənlinin qatılmamasına, eyni zamanda həmin tədbirə özü də daxil olmaqla bir sıra müxalifət nümayəndələrinin dəvət edilməməsinə münasibətini bildirərkən deyib.

Milli Şura üzvü belə halların müxalifətə zərbə olduğunu qeyd edib: "Müxalifət liderlərinin belə tədbirlərə qarşı açıq biganəliyinin zərbəsi sonda mübarizə aparmaq əzmində olan səmimi müxalifətçilərə dəyir".

Xatirladaq ki, adıçəkilən tədbirdən sonra düşərgədə kəskin narazılıq yaranıb və AXCP sədri Əli Kərimli ilə Milli Şuranın sədri Cəmil Həsənli tənqid atəşinə tutulub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə