"Müxalifət düşərgəsində partiya funksinerləri tərəfindən yaradılan "Milli Şura" və "İctimai Palata" özünü doğrultmadığı halda yenidən "Milli Strateji Düşüncə Mərkəzi" deyilən bir qurum yaradıblar. Hətta Müsavat başqanı İsa Qəmbər də qurumun sədri olub. Söz yox ki, bu qurumunda aqibəti digər məhv olan bloklardan fərqlənməyəcək. Çünki müxalifət liderçikləri yenədən mövqe savaşına çıxıb, bir-birinə qarşı ittihamlar irəli sürəcək və nəticədə böyük hay-küylə yartdıqları "MSDM"-ni buraxdıqlarını bəyan edəcəklər". Bu fikirləri SİA-ya açıqlamasında Azadlıq Hərəkatçıları Birliyinin (AHB) sədri Təhmasib Novruzov bildirib.
AHB sədrinin hesab etdiyinə görə, ümumiyyətlə, siyasətlə məşğul olan təşkilatın strategiyası olmalıdır: "Yəni müxalifətdə belə bir mərkəzin yaradılması elə bir qəbahət deyil. Amma maraqlıdır ki, İsa Qəmbərin, Əli Kərimlinin hansı strategiyaları var ki, onlar belə bir quruma rəhbərlik edirlər? Demək olar ki, adları çəkılən bu şəxslər tək həmin baş verənləri anlayıb başadüşmək qabiliyyətinə malikdir. Yəni sabahı və gələcəyə görməkmək qabiliyyətinə malik olmayan şəxslərin "Strateji Düşüncə Mərkəzi" deyilən bir quruma rəhbərlik edəcəksə təbii ki, həmin qurumun sabahı da olan deyil. Ümumiyyətlə, bu günə qədər müxalifət düşərgəsi təmsil olunan şəxslər tərəfindən bir çox blok və qurumlar yaradılsa da belə yenə də axırda məğlubiyyətlə nəticələnib".
"Demək olarmı İsa Qəmbər Müsavat başqanlığından istefa verəcəyi tədqirdə "Strateji Düşüncə Mərkəz"inin sədri kimi siyasətdə qalmağa calışacaq. Bu nə dərəcədə İsa Qəmbərə siyasi uğur gətirə biləcək", sualını cavablandıran T.Novruzov onu da qeyd edib ki, İsa Qəmbər harada olursa olsun o siyasi uğur yox, siyasi uğursuzluğa məhkum olacaq. Çünki bu ad və soyadın özü bütövlükdə artıq Azərbaycan cəmiyyətində bir uğursuzluğ simvolu kimi tanınır: "Ona görə də, qurulan hər hansı bir qurumun hansı məqsədlə qurulmasından aslı olmayaraq əgər həmin qurumun başında İsa Qəmbər varsa onda onun uğur qazanmağından danışmağa ehtiyac yoxdur. Demək olar ki, artıq Azərbaycan cəmiyyətində İsa Qəmbər uğursuzluq rəmzinə çevrilib".
T.Novruzov sonda onu da bildirdi ki, Leyla Yunusun ailə qurduğu adamın qanı erməni qanıdır: "İstər-istəməz də Leyla Yunusun ermənilərə maraqı buradan yaranır. Bu gün ölkədə bəzi şəxslər var ki, puldan və var-dövlətdən ötəri milli-mənafeylərini qeyrətlərini və namuslarını da satarlar var. Leyla Yunus və Arif Yunusda bu kimi şəxslərdən biridir. Leyla Yunus və Arif Yunus ifşa olunublar. Bu baxımdan, onları ən ağır cəza gözləyir".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB