Araz Əlizadə: "BMT-dən soruşmaq lazımdır, 4 qətnamə niyə icra edilmir?" YIXIB-SÜRÜDÜ

“Nə ATƏT-in, nə də ki, Minsk qrupunun sanksiya verməyə hüququ yoxdur”
Araz Əlizadə: "BMT-dən soruşmaq lazımdır, 4 qətnamə niyə icra edilmir?" YIXIB-SÜRÜDÜ

"Bu gün ikili standartlarla çıxış edən Qərb təşkilatları, ABŞ siyasi dairələri onlara xidmət edənləri müdafiə edirlər. Burda anlaşılmayan nə var ki?". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Qərb təşkilatlarının, siyasi dairələrinin ölkəmizə qarşı ədalətsiz bəyanatlar səsləndirmələrinə, eləcə də Azərbaycanın daxili işlərinə müdaxilə xarakterli çağırışlarına münasibət bildirərkən deyib.

ASDP sədrinin bildirdiyinə görə, ermənilər açıq şəkildə deyirlər ki, Leyla Yunus "Artsaxın azad olunmasında", əslində isə işğal olunmasında böyük rol oynayıb: "Deməli burada ayrı bir sual ortaya çıxır ki, o zamankı Xalq Cəbhəsi rəhbərliyində Leyla Yunus Müdafiə Nazirliyinin analitik-informasiya şöbəsinin rəhbəri təyin olunarkən (əri Arif Yunus da həmin idarədə çalışırdı) Arif Yunusun qardaşı Milli Məclisin işlər müdiri idi və onu da həmin vəzifəyə İsa Qəmbər təyin etmişdi. Bəs bu insanlar, onları həmin vəzifələrə təyin edənlər niyə məsuliyyət daşımırlar? Rütbəsi olmayan birinə rütbə verən adamlar niyə məsuliyyətə cəlb olunmurlar? Onların hamısı Vətənə xəyanət etmiş insanlardırlar və ermənilər də bunu təsdiq edirlər. Ona görə də Qərb, ABŞ, ATƏT nə danışırsa danışsın, onların dediklərinə ciddi əhəmiyyət vermək lazım deyil. Xəyanətkardırlarsa, onların yerləri həbsxanadır".

Araz Əlizadə Ermənistana sanksiyaların nəyə görə verilməməsinə də münasibətini bildirib. O, bununla bağlı deyib ki, ATƏT-in Minsk qrupunu saqqız kimi atıblar ağzımıza ki, çeyniyək: "Nə ATƏT-in, nə də ki, Minsk qrupunun sanksiya verməyə hüququ yoxdur. Onlar ancaq tövsiyə verə bilərlər? Bu baxımdan, Ermənistana qarşı sanksiyanın tətbiq edilməsi üçün biz topu qaytarmalıyıq BMT-nin Təhlükəsizlik Şurasına. Biz orada məsələ qaldırmalıyıq və soruşmalıyıq ki, 20 il bundan qabaq qəbul edilmiş dörd qətnamə niyə icra edilmir? Niyə Ermənistan bu icradan boyun qaçırır? Bax onda Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə yəqin ki, nail ola bilərik".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə