Musa Qasımlı: “BMT TŞ-nın qətnamələrinin yerinə yetirilməsi Ermənistan rəhbərliyindən tələb olunmalıdır”
"Ermənistanın təcavüzkar hərəkətlərinə dünya birliyinin lazımı cavab verməməsi mövcud olan ikili standartlar, erməni lobbisi və diasporunun fəaliyyəti ilə bağlıdır". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.
"Necə olur, Ukrayna məsələsində Rusiyaya qarşı sanksiyalar tətbiq edilir, İraq Küveytə müdaxilə edərkən bombardılman edilir, Liviyaya bir gecə içərisində müdaxilə olunur? Nədən Ermənistanın bu təcavüzünün qarşısının alınması üçün dünya birliyi tədbirlər görmür? Hesab edirəm ki, bu gün Ermənistan beynəlxalq hüquq normalarından doğan prinsipləri ayaq altına atan, BMT Nizamnaməsini kobud şəkildə pozan, terroru dövlət səviyyəsinə qaldıran ölkə olduğundan ona qarşı sanksiyalar tətbiq edilməlidir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin yerinə yetirilməsi Ermənistan rəhbərliyindən tələb olunmalıdır" - deyə, Musa Qasımlı deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB