“Mən evə qayıdıram”

Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin ofisində "Mən evə qayıdıram" vətənpərvərlik ruhunda çəkilən bədii filmin təqdimatı olub. SİA-nın xəbərinə görə, təqdimat şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra çıxış edən YAP GB-nin ofis rəhbəri Əli Pənahov bildirib ki, vətənpərvərlik hisslərini hər zaman gənclərə aşılayan YAP GB şəhidlərimizin ruhuna ehtiram olaraq vətənpərvərlik ruhunda çəkilən belə bir filmi gənclərə təqdim edir.

Təqdimata qatılan filmin baş rolunun ifaçısı, müğənni Emil Bədəlov isə gənclərə film haqqında məlumat verib.

Daha sonra filmin nümayişi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə