Bəxtiyar Nəbiyev: “Azərbaycan gəncliyi Prezidentin ətrafında sıx birləşib” MÜNASİBƏT

"Gənclər ölkəmizin inkişafının və modernləşməsinin gələcək davamçılarıdır". SİA-nın xəbərinə görə, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev öz "facebook" səhifəsində məlumat yazıb.

Sədrin sözlərinə görə, Ulu Öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib: "Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, gənclər bu gün Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşib.

Yeni Azərbaycan Partiyasının hər il təşkil etdiyi, gənclərin inkişafı istiqamətində böyük bir layihə sayılan "Yay məktəbi" uğurlu nəticələr verir. Bu layihə gənclərimizin hərtərəfli inkişafına müsbət təsirini göstərir. "Gənc Siyasətçilər" üçün keçirilən yay məktəbinin Lerik 2-ci Turu da öz işini uğurla,müvəffəqiyyətlə başa vurub. Gənclərimizə göstərilən etimada, dəstəyə görə Yeni Azərbaycan Partiyasının İcra Katibliyinə, YAP Gənclər Birliyinə, Yay Məktəbi (2-ci Tur) qrup rəhbərliyinə, Yay Məktəbi (2-ci Tur) məsul şəxslərinə dərin minnətdarlığımızı bildirik.

Hər bir gəncimizin ilk vəzifəsi Prezident cənab İlham Əliyevin apardığı dövlət siyasətini düzgün şəkildə təbliğ etmək, partiyanın tövsiyə və tapşırıqlarını həyata keçirməkdən ibarətdir və bizlər də bunu hər bizimiz layiqincə yerinə yetirdik. Bizi sevindirən ən böyük faktorlardan biri də ondan ibarətdir ki, bu yay məktəbi gənclərinin hər biri onlara olan etimadı doğruldaraq nizam-intizam başda olmaqla, öz işlərinə ciddi yanaşaraq rəhbərliyin etimadını, hörmətini bir daha yüksəklərə qaldırdılar. Hər bir gəncimizə gələcəkdə işlərində uğurlar arzu edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə