Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlının SİA-ya müsahibəsi
- Niyaməddin bəy, Əli Kərimlinin ATƏT-in Minsk Qrupunun Bakıda keçirilən toplantısında bəzi parlamentarilərlə görüş keçirib və şəkillər çəkdirərək paylaşmasını siyasi baxımdan ironiya ilə qarşılanan bir hal kimi dəyərləndirmək olar?
- Müəyyən edilmiş protokol qaydaları var. Şəxsən mən özüm hazırda Bakıda keçirilən ATƏT Parlament Assambleyasında qonaq qismində iştirak etmişəm. Yəni deputatlardan başqa orada iştirak edən digər bütün şəxslər məhz ATƏT-in özünün razılığı əsasında sessiyanın işinə qatılırlar. Sözügedən tədbiri Azərbaycan hakimiyyəti deyil, ATƏT keçirir. Əli Kərimli sosial şəbəkədə hakimiyyəti onu guya ATƏT-in keçirildiyi tədbirin keçirildiyi məkana buraxmaması ətrafında şou yaradır. Çox yaxşı bilirlər ki, ümumiyyətlə, oraya çağırılan qonaqlar, partiya mənsubları, KİV nümayəndələri, müxtəlif QHT rəhbərləri ATƏT-in rəsmi icazəsi əsasında tədbirin işinə qatılırlar. Hətta burada Azərbaycan hakimiyyətinin nümayəndələrindən kimlərin iştirak etməsini də ATƏT müəyyənləşdirir. Mən də ayın 28-dən bu tədbirin iştirakçısıyam və təhlükəsizlik işçiləri mənim də ATƏT tərəfindən verilən vəsiqəmi təftiş etdikdən sonra, adımın siyahıda olduğuna əmin olduqdan sonra içəri daxil olmağıma şərait yaratdılar. Yəni bu açıqlamanı ona görə verirəm ki, ictimaiyyət də bilsin ki, tədbirin təşkilatçısı ATƏT-dir və Əli Kərimlinin narazılığı mənasızdır. ATƏT-in tədbirində iqtidara müxalif olan şəxslər var idi, ancaq onların siyahsına ATƏT Əli Kərimlini salmamışdı. Azərbaycandan ölkə hakimiyyətinə rəqib olan, müxalif olan kifayət qədər şəxsləri gördüm.
- Toplantıya Xədicə İsmayıl dəvət edilib, amma Əli Kərimli dəvət olunmayıb. Bu da onu deməyə əsas verir ki, Əli Kərimli ATƏT-dəki bəzi xarici qüvvələr üçün də artıq arzuolunmaz bir şəxdir. Sadəcə olaraq, məcburiyyət qarşısında onunla müəyyən iş birliyinə gedirlər?
- Yəqin Əli Kərimli bu kimi böhtanı ilə demək istəyir ki, hətta ATƏT-in özü Əli Kərimliyə Xədicə İsmayıldan az hörmət edir. Yaxud, ATƏT-də Xədicə İsmayıla Əli Kərimlidən daha çox hörmət olunur. Əgər Əli Kərimlinin o tədbirdə adı siyahıya salınmayıbsa, burada fürsətdən istifadə edib hakimiyyəti günahlandırmaq lazım deyil. Çünki bu yersiz bir ittihamdır. Beynəlxalq təşkilatlar hər zaman Əli Kərimlidən Azərbaycan hakmiyyətinə qarşı istifadə edib. Əli Kərimli həmişə bir çomaq rolunu oynayıb.
- Əli Kərimlinin ATƏT-in toplantısının keçirildiyi zala buraxılmamasından hay-küy qaldırması diqqəti özünə cəlb etmək üçün atılan növbəti addım hesab etmək olar?
- Dediyim kimi ucuz təblığat. Bu cür möhtəşəm tədbirdən istifadə edib, "guya bunu tədbirə çağırıblar və təhlükəzlik işçiləri buna şərait yaratmayıb. ATƏT sənin adını siyahıya salmayıbsa, necə həmin tədbirdə iştirak edə bilərsən?! Əli Kərimli gülməli danışır.
- Leyla Yunusun ATƏT-in toplantısında növbəti şər-böhtan səsləndirməsi Əli Kərimli, İsa Qəmbər və digərləri ilə əvvəlcədən razılaşdırılan bir uğursuz ssenari olduğunu demək olar?
- Leyla Yunus bütün ömrünü Azərbaycanın milli maraqlarına zərbə vurmağa həsr edib. Bu adam bizim dildə normal danışa da bilmir. Azərbaycanı sevməyən və onun inkişafına əngəl törədən şəxslər Leyla Yunusa maliyə ayırır. Bunun son layihəsi də Ermənistanla "xalq diplomatiyasına" həsr edilir. Bu gün Ermənistan daha çox maraqlıdır ki, Azərbaycanla əlaqələr yoluna düşsün və Azərbaycan vətəndaşları Ermənistana səfər etsinlər və bunlarda bütün dünyaya göstərsinlər ki, "artıq Azərbaycan bizimlə razılışır və gediş-gəlişimiz var" . Leyla Yunus da ermənilrəin bu maraqlarını yerinə yetirir və Ermənistana adam aparır. Leyla Ynus utanmadan acıq şəkildə dövlətçiliyə zərbə vuran adamdır.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB