Bu gün Sabunçu rayonunda 15 İyun-Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir Sabunçu Rayon İcra Hakimiyyətinin akt zalında Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabunçu rayon təşkilatının sədri, idarə, müəssisə, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, təhsil və səhiyyə işçiləri olmaqla 110 nəfərin iştirakı ilə davam etdirilib.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbiri açıq elan edərək Milli Qurtuluş Günü münasibətilə təşkil olunan ümumrayon toplantısının iştirakçılarını salamlayıb və onları bayram münasibətilə təbrik edib. A.Vəliyev bildirib ki, Azərbaycanın müasir tarixi Ümummilli Lider Heydər Əliyevin möhtəşəm qayıdışından sonra başlayıb: "Bu qayıdış Azərbaycanı xaosdan, anaraxiyadan, özbaşınalıqdan xilas etməklə yanaşı, müasir inkişafımızın, rifahımızın, bir sözlə yüksəlişin bütün sahələrdə əmin-amanlığın, sabitliyin təmin olunmasından tutmuş, iqtisadi tənəzzülün qarşısının alınmasına qədər bütün işlər Ümummilli Lider Heydər Əliyevin geniş fəaliyyətinin, fədakarlığının bilavasitə nəticəsidir".
Sonra tədbirdə çıxış edən millət vəkili Eldar Quliyev, MTN Sabunçu İdarəsinin rəisi Faiq Nuriyev, Sabunçu rayonunun prokuroru Ceyhun Şirinov, rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən gənc, Azərbaycan Dövlət İqtisad Universitetin məzunu Murad Cənnətov, rayonun 252 nömrəli tam orta məktəb-liseyin tarix müəllimi, yazıçı-publisist, Yazıçılar İttifaqının üzvü Elmira Vəliyeva 21 il əvvəl ölkəmizin ictimai-siyasi həyatında baş vermiş hadisələrdən söhbət açaraq, həmin dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, siyasi naşılığı nəticəsində müstəqilliyimizin itirilməsi, dövlətçiliyimizin məhv olması təhlükəsi yarandığını bildiriblər. Siyasi dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən qayıdışından sonra ölkəmizin düçar olduğu bəlalardan qurtulduğu respublikamızda uğurlu gələcəyin təməlinin qoyulduğunu və Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə dinamik inkişafa nail olunduğunu diqqətə çatdırıblar.
Tədbirin sonunda YAP Sabunçu rayon təşkilatına üzv olan bir qrup şəxsə partiya biletləri təqdim olunub.
Təqdimat mərasimindəAzərbaycanın ən böyük siyasi partiyası olan YAP-ın əsasını qoymuş Ulu Öndər Heydər Əliyevə sonsuz hörmət və ehtiram əlaməti olaraq və 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Sabunçu Rayon İcra Hakimiyyəti YAP Sabunçu rayon təşkilatının yeni üzvü, 1991-ci il təvvəlüdlü Aslanova Vüsalə Əlövsət qızına Bakıxanov qəsəbəsinin mərkəzi küçəsi S.Mehmandarov ünvanında yeni inşa edilən hündürmərtəbəli binada 2 otaqlı mənzilin verilməsini öz üzərinə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB