"Təbii ki, mən Cəmil Həsənlinin fikirlərini onunla bölüşmürəm. Çünki ədəbiyyat adamlarının ilk işlərindən biri də insanların cəmiyyətdə formalaşmalarına yardımçı olmalarıdır". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasıının Divan üzvü Tural Abbaslı "ədəbiyyat adamlarından ictimai mövqe gözləmək lazım deyil" ifadəsinə münasibətini bildirərkən deyib.
Müsavat rəsmisinin fikirncə, ədəbiyyat adamları, ziyalılar ictimai rəydə, ictimai fikirdə öz əsərləri ilə insanlara müəyyən mənada yol göstərir, öz töhfələrini verirlər: "Bu baxımdan, Azərbaycanda ictimai fikirin ayrı, vətəndaş mövqeyinin ayrı olmasını iddia edənlər qətiyyən düzgün fikirdə deyillər. Ədəbiyyatçılar hər zaman öndə olmalıdırlar və onların hansı yöndə olmaları, istər hakimiyyət, istərsə də müxalifət tərəfindən çıxış etmələri əsas deyil. Əsas budur ki, ədəbiyyat adamları həm ictimai, həm də vətəndaş mövqeyindən çıxış etməli, proseslərdə iştirakçı olmalıdırlar. Yəni ortada bir mövqe olmalıdır. Çünki onlar da vətəndaşdırlar".
Cəmil Həsənlinin fikirləri ilə qətiyyən razı olmadığını bildirən Tural Abbaslı Milli Şura sədrinə sual da ünvanlayıb: "Əgər belədirsə, Cəmil Həsənli nəyə görə siyasi proseslərə qoşuldu? Bu proseslərin qarşısında getməyə razılıq verdi? Demək belə çıxır ki, o da vətəndaş mövqeyi sərgiləməyə bilərdi".
Müsavatın Divan üzvü AXCP-çilərin Cəmil Həsənlinin fikirlərini nəyə görə müdafiə etdiklərinə də münasibətini bildirib və deyib ki, onların fikirləri onun üçün heç vaxt maraqlı olmayıb: "AXCP üzvlərinə gəlincə, onların özləri bilərlər Cəmil bəyi niyə müdafiə edirlər. Ola bilsin ki, onlar Milli Şurada təmsil olunduqları üçün buna məcbur olublar. Ancaq onların fikirləri şəxsən mənim üçün elə də maraqlı deyil".
Tural Abbaslı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB