Asim Mollazadə: “Ali Avrasiya İqtisadi Birliyinin yaradılmasında perspektiv görmürəm”
"Ali Avrasiya İqtisadi Birliyinin yaradılması ilə bağlı baş tutan toplantıda Azərbaycanın mövqeyi digər ölkə rəhbərləri tərəfindən dəstəkləndi və Qarabağ kartından istifadə etməyə çalışan Ermənistanın oyunu pozuldu". Bunu SİA-ya millət vəkili Asim Mollazadə Ali Avrasiya İqtisadi Birliyinin yaradılması ilə bağlı baş tutan toplantıda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu oxuması zamanı Ermənistan prezidenti Serj Sarkisyanın təşvişə düşməsinə və Rusiya prezidenti Vladimir Putinin reaksiyasına münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, adı çəkilən təşkilatın heç bir perspektivi yoxdur: "Yeni yaranmasına baxmayaraq, bu təşkilat daxilində narazılıqlar var. Ona görə də onun nə iqtisadi, nə də siyasi uğur qazanacağına inanmıram. Bir sözlə Ali Avrasiya İqtisadi Birliyinin yaradılmasında bir perspektiv görmürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB