Elman Nəsirli: “Ölkəmiz Şanxay Sammitində qəti mövqeyini ortaya qoydu” MÖVQE
"Azərbaycan dövlətinin Rusiyanın könlünü alması üçün elə bir ehtiyacı yoxdur. Çünki Azərbaycan çoxvektorlu, balanslı siyasət həyata keçirir və kiminsə maraqlarını deyil, öz milli maraqlarını reallaşdırır". Bu fikirləri SİA-ya açıqlamasımda politoloq Elman Nəsirli bəzi siyasi şərhçilərin Azərbaycanın Şanxay Sammitinə qatılmasını Ukrayna məsələsindəki mövqeyinə görə, Rusiyanın könlünü almağa hesablanmış addım kimi qiymətləndirmələrinə münasibətini bildirərkən deyib.
Politoloqun fikrincə, bu kimi yanlış fikirləri irəli sürənlər bilməlidirlər ki, Azərbaycan yürütdüyü uğurlu xarici siyasəti nəticəsində bütün ölkələrlə normal əməkdaşlıq edir: "Məsələyə bu kontekstdə yanaşdıqda unutmaq olmaz ki, Azərbaycanın Ukrayna ilə yüksək əməkdaşlığı olduğu kimi, Rusiya ilə də analoji əməkdaşlığı mövcuddur. Ona görə də ölkəmizin Şanxay Sammitindəki iştirakı zamanı atdığı addımlarını heç bir başqa mənalarla əsaslandırmağa ehtiyac yoxdur. Burada söhbət ondan gedir ki, Azərbnaycan reallıqlar çərçivəsində öz maraqlarını müdafiə edir və indiki məqamda belə bir addımın atılması, bəyannamədə Azərbaycanın da iştirakı məntiqi nəticədir, eləcə də burada heç bir fərqli mövqe yoxdur".
Elman Nəsirli ölkəmizin Qoşulmama Hərəkatına üzv olduğunu da xatırladaraq bildirib ki, Azərbaycan hər zaman öz loyallığını saxlayıb, bundan sonra da saxlayacaq: "Biz onu da bilirik ki, Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür və bizim ölkə ərazimizdə heç bir digər ölkələrin hərbi bazası yoxdur. Ona görə də digər dövlətlərlə əlahiddə, müstəsna əlaqələr qurulur. Azərbaycan hərərəfli şəkildə digər dövlətlərə əməkdaşlıq etməyə hazır olan ölkə kimi öz loyallığını qoruyub-saxlayır. Bu baxımdan, Şanxay Bəyannaməsində də bu faktor öz əksini kifayət qədər tapıb. Məhz bunun nəticəsidir ki, ölkəmiz bu dəfə də proseslərdə öz qəti mövqeyini ortaya qoyub".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB