Ümummilli Lider Heydər Əliyev Batumi Dövlət Universitetində yad edilib FOTOLAR

Ümummilli Lider Heydər Əliyev Batumi Dövlət Universitetində yad edilib FOTOLAR

Bu ilin 14 may tarixində Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı Şota Rustaveli adına Batumi Dövlət Universitetində mərasim keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri, ali sovetinin sədri, Batumi Dövlət Universitetinin rektoru, mədəniyyət və idman naziri, səhiyyə və əhalinin sosial müdafiə naziri, Acarıstan Muxtar Respublikasının hökumət aparatının, meriyanın və nazirliklərinin məsul işçiləri, Batumi Dövlət Universitetinin professor, müəllim və tələbə heyəti iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunub qorunmasında və beynəlxalq arenada mövqeyinin möhkəmlənməsində, iqtisadi və siyasi islahatların həyata keçirilməsində son dərəcə mühüm rolunu vurğulayan baş konsul Hüseyn Nəcəfov, ümummilli liderin apardığı siyasət nəticəsində bu gün Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkələrdən biri olduğunu qeyd edib.

Tədbirdə Acarıstan Muxtar Respublikasının Hökumət Sədri Arçil Xabadze, Acarıstan Muxtar Respublikasının alı sovetin sədri Avtandil Beridze və Batumi Dövlət Universitetinin rektoru Alyosha Bakuridze çıxış ediblər. Çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycanın və Gürcüstanın müstəqilliyinin möhkəmlənməsində və inkişaf olunmasında əvəzolunmaz rol oynadığını qeyd olunub və Heydər Əliyev 20-ci əsrin dahi insanlarından biri olduğu və dünyanın bir çox insanları üçün nümunə olduğu vurğulanıb.

Tədbir zamanı Heydər Əliyevin həyatına və fəaliyyətinə həsr olunmuş fotosərgi və "Путь победителя" sənədli filmi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə