Təhmasib Novruzov: “Cəmil Həsənli həqiqəti görməyi lazım olan anda kor olur”

Təhmasib Novruzov: “Cəmil Həsənli həqiqəti görməyi lazım olan anda kor olur”

"Əgər Cəmil Həsənli tarixçi deyil, siravi insan olsaydı o zaman onun bu sözlərini bəlkə də bağışlamaq olardı. Tarixi bilən, tarix elmləri doktoru adı alan bir insanın bu cür fikir səsləndirməsi sadəcə gördüyü həqiqəti danmaqdan başqa bir şey deyil". Bu fikirləri SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçıları Birliyi"-nin (AHB) sədri Təhmasib Novruzov Milli Şuranın sədri Cəmil Həsənlinin Azərbaycanda 37-ci ilin repressiyasının davam etməsi iddialarına münasibətini bildirərkən deyib.

AHB sədrinin fikrincə, bu onun şəxsi münasibətindən, şəxsi mövqeyindən irəli gələn məsələdir: "Bu da Cəmil Həsənlinin siyasi naşı, siyasi savadsız olduğunu göstərir. Xalq sənə etimad göstərməyib prezident seçmədi deyə hakimiyyəti bu cür aşağlamaq məqsəi ilə tarixə belə bir iftira, böhtan atırsansa sənə başqa nə adı verək?! Sözün həqiqi mənasında bu nə professor, nə tarix elmlər doktoru, nə də tarixçi adına yaraşmır. Cəmil Həsənli həqiqəti görmək istəməyən, həqiqəti görməyi lazım olan anda kor olan biridir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə