Bu gün Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Azərbaycan Respublikası Dövlət Gömrek Komitəsinin birgə təşkilatçılığı ilə "Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi" mövzusunda" ilk qlobal konfrans keçirilir. SİA-nın məlumatına görə, tədbirdə DGK-nin sədri Aydın Əliyev, Baş nazirin müavini Abid Şərifov, Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov, UNCU-nun prezidenti Deyvid Uiddouson və digər qonaqlar iştirak edib.
65 ölkədən 200-dək nümayəndə, o cümlədən iqtisadiyyat üzrə Nobel mükafatı laureatı əvvəlcə Fəxri Xiyabana gələrək Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub. Qonaqlar sonra oftolmoloq alim Zərifə xanım Əliyevanın məzarını ziyarə edərək gül dəstələri düzüblər. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarları ziyarət olunub.
Daha sonra konfrans "Gülüstan" sarayında davam etdirilib. DGK-nin sədri Aydın Əliyev, UNCU-nun prezidenti Deyvid Uiddouson, Baş nazirin müavini Abid Şərifov konfransın əhəmiyyətindən danışıblar.

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Baş müdiri, səfir Roberto Azevedon tədbirdə iştirak edə bilmədiyindən öz salamlarını videoçarx vasitəsilə qonaqlara çatdırıb. Əsas məruzələrlə isə iqtisad elmlər üzrə Nobel mükafatı laureatları - London İqtisadiyyat Məktəbində iqtisadi elmlər və politologiya üzrə professor, Kral kafedrasının professoru Kristofer Pissarides və Nyu-York Universitetinin iqtisadi elmlər professoru Tomas C.Sargent çıxış ediblər.
Tədbirin ilk günü "Ticarətin asanlaşdırılmasında beynəlxalq təşkilatıarın rolu" və "Gönrük xidməti rəhbərlərinin gələcəklə bağlı baxışları" mövzularında məruzələrlə yekunlaşacaq.
Qeyd edək ki, qlobal konfrans mayın 23-də öz işini başa çatdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB