Hərbi jurnalistdən Leyla Yunus haqqında FAKT

Rahib Qərib: “Görün, bizim ordumuz kimlərin əlində idi?”
Hərbi jurnalistdən Leyla Yunus haqqında FAKT

ANS TV-nin "Marş" verilişinin müəllif və aparıcısı Rahib Qərib Sülh və Demokratiya İnstitunun (SDİ) direktoru, AXC-Müsavat iqtidarı zamanında Müdafiə Nazirliyinin informasiya şöbəsinə rəhbərlik edən Leyla Yunus haqqında maraqlı faktlar üzə çıxarıb. SİA-ya daxil olan məlumata görə, birinci Qarabağ müharibəsi dönəmində cəbhə xəbərlərini oxuyan Şəmistan Əlizamanlı ilə dost olduğunu xatırladan Rahib Qərib bildirib ki, Leyla Yunus Şəmistan Əlizamanlını təqiblərə məruz qoyub: "Çox adam bilmir ki, Leyla Yunus 1992-ci ildə Şəmistan Əlizamanlını cəbhəyə sürgün etmişdi. Düzdür, Şəmistan Əlizamanlı Müdafiə Nazirliyinin strukturunda olan adam idi. Hərbi diktor olduğundan cəbhədən gələn xəbərləri oxuyurdu. Şəmistanın cəbhəyə göndərilməsi onun üçün rahat idi. Amma Leyla Yunus onu cəbhəyə o mövqedən göndərməmişdi. Leyla Yunus konkret olaraq, onu cəzalandırmışdı. Görün, bizim ordumuz kimlərin əlində idi? Yaxşı ki, bir neçə vətənpərvər insan var idi. Sonra Heydər Əliyev hakimiyyətə gəldi və hamını bir araya cəmləşdirdi. Bu, doğru addım idi".

Xatırladaq ki, SDİ rəhbəri Leyla Yunusun MN-də çalşdığı vaxtda özü üçün silahlı dəstə saxlaması, cəbhəyə göndəriləcək ərzaqları Bakı bazarlarında satdrması, eləcə də onun məxvi məlumatları Ermənistan kəşfiyyatına ötürməsi ilə bağlı iddialar da mətbuatda daha öncə yayılan xəbərlər sırasındadır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə