Nərimanov rayonu birinci oldu

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində Azərbaycan Respublikasının Gənclər və İdman, Müdafiə, Təhsil, Mədəniyyət,Turizm, Fövqəladə Hallar Nazirliklərinin birgə təşkilaçılığı ilə "Şahin" hərbi-idman oyununun Respublika Çempionatı keçirilib. SİA-ya daxil olan məlumata görə, yarışın açılış mərasimində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin nümayəndələri və bir sıra zabitlər çıxış edərək gənc nəslin xalqa, dövlətə sədaqət ruhunda yetişməsində, onların mənəvi-psixoloji və fiziki hazırlığında, komanda düşüncə tərzinin təbliğində, vətənpərvərlik hisslərinin aşılanmasında, sabahın əsgər və zabitlərinin formalaşmasında ənənəvi "Şahinlər" hərbi-idman oyununun əhəmiyyətindən danışıblar.

Natiqlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərdiyini qeyd etmiş, dövlətimizin gənclər siyasətində hərbi vətənpərvərlik sahəsinin mühüm yer tutduğunu vurğulayıblar.

Qeyd edək ki, yarışda Respublkanın zonalar üzrə qalibləri (16 rayon komandası) iştirak ediblər. Gərgin və güclü rəqabət şəraitində keçən yarışlarda Nərimanov rayon komandası bütün rəqiblərini geridə qoyaraq Respublika çempionu olub.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə