"Düşünürəm ki, "Sərhədsiz Reportyorlar" təşkilatının Fransa prezidentinə müraciəti və ondan Azərbaycanın ölkə rəhbərliyinə tövsiyələr verməsi xahişinin edilməsi diplomatik münasibətlərdə yolverilməz haldır". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli bildirib.
BAXCP rəsmisi qeyd edib ki, bu qəbildən olan addımların atılması ümumiyyətlə, mümkün deyil: "Nəinki "Sərhədsiz Reportyorlar" təşkilatı, nəinki, digər beynəlxalq təşkilatlar, nəinki Azərbaycandan kənarda olan istənilən bir qurum Azərbaycana hansı addımı atması ətrafında nə tövsiyə, nə də diktə edə bilər".
Politoloq onu da vurğulayıb ki, hansısa təşkilatların tələblərindən fərqli olaraq, ölkəmizdə bütün istiqamətlərdə müvafiq addımlar atılır: "Azərbaycan hökuməti mütəmadi qaydada olaraq müvafiq addımlarını atır və ölkədə kifayət qədər əfv fərmanları olub, amnistiya aktları olub. Bütün bunlar isə Azərbaycan dövlətinin iradəsinə uyğun olaraq baş verir və bundan sonra da belə olacağına əminəm".
Xatırladaq ki, Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri ərəfəsində "Sərhədsiz Reportyorlar" təşkilatı ona müraciət edib və həmin müraciətdə Ollandan Azərbaycan hökumətinə "tövsiyələr" verilməsi tələb olunub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB