Paskal Mönyenin Leyla Yunusla bağlı məsələyə aydınlıq gətirməsi: BAŞLIĞI ÖZÜNÜZ SEÇİN
"Leyla Yunus konfransda iştirak etmək üçün Brüsselə dəvət edilmişdi. O, səfirliyə müraciət edərkən bütün sənədləri qaydasında idi. Bu səbəbdən Fransa səfirliyi ona viza verdi". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.
Səfir Leyla Yunusa və onun həyat yoldaşına Heydər Əliyev adına hava limanına qədər müşaiyət etməsi məsələsinə də aydınlıq gətirib: "O məndən və Amerikalı həmkarımdan xahiş etdi ki, onlarla aeroporta gedək və onlara qarşı laqeyd olmadığımızı nümayiş etdirək. Biz də tərəddüd etmədən bunu etdik. Biz Leyla Yunusu insan haqları müdafiəçisi kimi tanıyırıq. O, Ermənistan QHT-si ilə birgə layihəsi olan saytın açılışında iştirak edib. Düşünürəm ki, Leyla Yunusun bu fəaliyyəti Azərbaycan və Ermənistan xalqını yaxınlaşdırmaq və gələcəkdə müharibənin qarşısını almaq üçün atılan addımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB