Azərbaycan Prezidenti Ukrayna və Gürcüstanın keçmiş prezidentlərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilini qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda müzakirə edilən məsələlərin əhəmiyyətindən danışılıb, Forumun ölkələr arası əməkdaşlığın inkişafındakı rolu vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenkonu qəbul edib.
Görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olunub, Forumun regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB