Leyla Yunusdan növbəti XƏYANƏTKARLIQ

"Hüquq müdafiəçisi" ermənilərlə birgə bəyanat yayıb
Leyla Yunusdan növbəti XƏYANƏTKARLIQ

Sülh və Demokratiya İnstitunun (SDİ) Bakı ofisinin rəhbəri Leyla Yunus tərəfindən növbəti xəyanətkar addım atılıb. SİA-ya daxil olan məlumata görə, hüquq müdafiəçisi Ermənistanın hüquq müdafiəçisi Laura Bağdasaryanla birgə erməni kəşfiyyat orqanlarına casusluq etməkdə ittiham olunan Rauf Mirqədirovun həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda açıq şəkildə deyilir ki, Leyla Yunus təxminən on ildir erməni təşkilatları ilə əməkdaşlıq edir və guya xalqlar arasında "ictimai dialoqun yaranması uğrunda" çiyin-çiyinə çalışır: "10 ildir əl-ələ birgə məqalələr, kitablar nəşr edilib, ilk və yeganə http://www.publicdialogues.info saytını yaradılıb".

Bəyanatda eyni zamanda bildirilib ki, guya onların məqsədləri "xalqlar arasında sülh yaratmaq"dan ibarətdir.

Xatırladaq ki, yaradılmasında SDİ rəhbərinin də əli olduğu "publicdialogues.info" saytını bilavasitə Qərbdə və ABŞ-da fəaliyyət göstərən erməni lobbisi tərəfindən maliyyələşdirilib və orada separatçı "Dağlıq Qarabağ Respublikası" dövlət kimi göstərilib. Bağdasaryanın rəhbəri olduğu saytda qondarma erməni soyqırımı haqqında da mütəmadi yazılar dərc olunur.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə