Tahir Rzayev: "Azərbaycan hər zaman Türkiyənin yanında olmalıdır" Münasibət
"Təbii ki, Azərbaycan hər zaman Türkiyənin yanında olmalıdır. Eyni vəziyyət qarşı tərəf üçün də keçərlidir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev Prezident İlham Əliyevin Praqa Sammitində Sarkisyanın qərəzli çıxışına qarşılıq olaraq Türkiyəni müdafiə etməsinə münasibət bildirərkən deyib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın erməni xalqına qarşı yaydığı bəyanatı diqqətlə oxuduğunu deyən millət vəkili bildirib ki, Ərdoğanla yanaşı İlham Əliyev də hər zaman bəyan edirlər ki, tarixdə belə bir soyqırımı olmayıb: "Ermənilərin tarixi həqiqətləri üzə çıxarmaq kimi niyyətləri varsa, o zaman Türkiyənin dəfələrlə arxivləri açmaq bəyanatlarını qəbul etsinlər. Təəssüf ki, erməni hakimiyyəti, eləcə də beynəlxalq təşkilatlar bu bəyanata reaksiya vermirlər. Ərdoğanın hadisə ilə bağlı sonuncu bəyanatını diqqətlə oxuduğumdan əminliklə deyə bilərəm ki, o, səsləndirdiyi fikirlərdə soyqırımı hadisələrinin olduğunu demədi. O, sadəcə həmin vaxtda müharibənin olduğunu və orada bir çox xalqlardan olan insanların həlak olduğunu və onlara baş sağlığı verdiyini bəyan etdi. Prezident İlham Əliyev də hər zaman bu məsələyə öz adekvat qiymətini verib və deyib ki, belə bir soyqırımı olmayıb. Əslində ermənilər Azərbaycan xalqına qarşı soyqırımı, terror aktları həyata keçirib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB