Asim Mollazadə: "Tarixin öyrənilməsini tarixçilərə buraxmaq lazımdır"

“Əsrin əvvəlində baş verən hər hansı bir əhvalatı bu günün siyasi proseslərinə qatmaq düzgün deyil”
Asim Mollazadə: "Tarixin öyrənilməsini tarixçilərə buraxmaq lazımdır"

"Əsrin əvvəlində baş verən hər hansı bir əhvalatı bu günün siyasi proseslərinə qatmaq düzgün deyil". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə ermənilərin qondarma erməni soyqırımı iddialarından danışarkən deyib.

Partiya sədri deyib ki, "Qondarma erməni soyqırımı ilə bağlı birmənalı yol ondan ibarət olmalıdır ki, tarixin öyrənilməsini tarixçilərə buraxmaq lazımdır.

Ermənilərin müxtəlif yollarla bəzi dövlətlərin parlamentlərində "soyqırım"la bağlı sənədlər qəbul etdirmələrinə gəlincə A.Mollazadə təəssüflə deyib ki, bunun əsas səbəbi erməni icmasının məlumat qıtlığından istifadə edərək apardığı "işlərin" nəticəsidir: "Ona görə də Türk və Azərbaycan icması birgə işləyərək beynəlxalq ictimaiyyəti əsl həqiqətlərlə bağlı məlumatlandırmalıdır

Bütün xəbərlər Facebook səhifəmizdə