İran və Azərbaycan Prezidentlərinin təkbətək görüşü olub (YENİLƏNİB)

İran və Azərbaycan Prezidentlərinin təkbətək görüşü olub (YENİLƏNİB)

İran və Azərbaycan prezidentləri Həsən Ruhani və İlham Əliyevin iştirakı ilə iki ölkənin nümayəndə heyətlərinin görüşü keçirilib. Bu barədə SİA Trend-ə istinadən xəbər verir.

Aprelin 9-da rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə geniş tərkibdə danışıqları olub.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyəti qeyd edilib. Prezident İlham Əliyevin və Prezident Həsən Ruhaninin Davosda keçirilən görüşündə ölkələrimiz arasında açıq, səmimi münasibətlərin inkişaf etdirilməsi yolları ətrafında aparılan fikir mübadiləsi məmnunluqla xatırlanıb.

Söhbət zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu, enerji, nəqliyyat, infrastruktur, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib. Bu imkanların reallaşdırılması, əməkdaşlığın daha da dərinləşməsinə mane ola biləcək əngəllərin aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsinin zəruriliyi vurğulandı.

Sonra Prezident İlham Əliyevin və Prezident Həsən Ruhaninin təkbətək görüşü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə