Cəbhədə atəş səsi eşidildi

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Nəmirli, Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında Göygöl və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə