Zahid Oruc: “Biz xaricdən asılı olmayan müstəqil bir ölkəyik, dövlətik”

Zahid Oruc: “Biz xaricdən asılı olmayan müstəqil bir ölkəyik, dövlətik”

"Həmin sənəd üzərində iş aparıldı və ölkəmizin gələcəyinin yol xəritəsi kimi mühüm bir sənədinə çevrildi. Bu, Milli Strategiyanın fəaliyyət proqramıdır. Buna qədərki dövrdə də Cənab İlham Əliyev özünün liderlik qabiliyyəti və Prezidentlik istedadı ilə bütün sahələrdə proqramlar təsdiq edib". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın təsdiq edilməsi haqqında sərəncamı haqqında danışarkən bildirib.

Zahid Oruc qeyd edib ki, bölgələrimizin də inkişafı üçün proqramlar təsdiq olunub: "Məhz bu proqramların sayəsində Azərbaycanın mənzərəsi dəyişdi. Bu proqram da mahiyyətcə əvvəlki proqramın üzərində qurulmaqla bərabər yeni bir Azərbaycanın formalaşmasına imkan açacaq. Bu sənəd həm də Cənab Prezidentin dövlət başçısı kimi Azərbaycana dair hansı siyasəti yürüdəcəyinin real vəsiqəsidir. Bu həm də onu göstərir ki, biz xaricdən asılı olmayan müstəqil bir ölkəyik".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə