Ordumuzun əsgəri açılan atəş nəticəsində yaralanıb

Ordumuzun əsgəri açılan atəş nəticəsində yaralanıb

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əsgər Rahid Səttar oğlu Əsgərov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib. Məlumata əsasən, hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qeydə alınıb.

Əsgər dərhal hospitala yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, R. Əsgərov Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə