Ukrayna Azərbaycana təşəkkür etdi

Ukrayna Azərbaycana təşəkkür etdi

Ukrayna Xarici İşlər Nazirliyi onları dəstəklədiyi üçün Azərbaycana öz təşəkkürünü bildirib. Bu barədə SİA Ukrayna XİN-in rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir.

Ölkəmizə Azərbaycan dilində təşəkkür edən Ukrayna XİN-i "Azərbaycanlı dostlarımız, dəstəyinizə görə sizə təşəkkür edirik!"- deyə, müraciətində qeyd edib.

Xatırladaq ki, martın 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul olunub. Azərbaycan qətnamənin lehinə səs verib.

Bütün xəbərlər Facebook səhifəmizdə