“Heç bir halda Azərbaycana radikalizmin ixracına imkan verilməyəcək”
"Azərbaycanda tarixən fərqli mədəniyyətlərin və dinlərin əməkdaşlığı sistemi ənənələri mövcud olub. Buna görə də bir sıra ölkələrdə öz dilinə, dininə, etnik mənsubiyyətinə görə hücuma məruz qalmış xalqlar Azərbaycana gəliblər və xalqımız onları qəbul edib. Eyni zamanda onlara dinc şəraitdə yaşamaq imkanları verir". Bu fikirləri SİA-ya Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Azərbaycanda mövcud olan tolerantlıq mühitindən danışarkən deyib.
A. Mollazadə bildirib ki, bu ənənələri Azərbaycanda hər zaman mövcud olub və ölkəmiz fərqli sivilizasiyaların və mədəniyyətlərin əməkdaşlığı olan bir məkandır.
Millət vəkili qeyd edib ki, bunlarla yanaşı son illər dünyada fəal olan radikal dini qruplar, onları maliyyələşdirən mərkəzlər Azərbaycana dini radikalizm ixrac etməyə çalışırlar və bu istiqamətdə işlər aparırlar: "Azərbaycan dünyanın anti-terror koalissiyasının üzvüdür. Ona görə də bu istiqamətdə çox böyük işlər görür. Təbii olaraq bu gün Azərbaycan dövlətinin və xalqının mənəvi dəyərlərinə zidd olan təşkilatların fəaliyyətinə Azərbaycanın hüquq-mühafizə orqanları və dövlət qurumları diqqət yetirməlidirlər. Dövlətimizin, konstitusiyamızın və xalqımızın ənənələrinə zidd olan istənilən fəaliyyətin qarşısı alınmalıdır. Heç bir halda Azərbaycana radikalizmin ixracına imkan verilməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB