Aydın Hüseynov: “Düşüncə Mərkəzi”nin yaradılması AXCP-Müsavat qarşıdurmasının davamıdır”

Aydın Hüseynov: “Düşüncə Mərkəzi”nin yaradılması AXCP-Müsavat qarşıdurmasının davamıdır”

"Müxalifət qurumlarının adları deyil, liderləri dəyişməlidir. Onlar heç bir mahiyyət kəsb eləməyən cılız fikirlərindən əl çəkməlidirlər. Formanı dəyişib köhnə məzmunda qalmaq cılız siyasətçilərin işidir. İctimai Palata buraxıldı, əvəzində "Düşüncə Mərkəzi" yaradılır, digər tərəfdən Milli Şura da var. Bəs necə ola bilər ki, Milli Şurada olanlar indi də "Düşüncə Mərkəzi"ndə birləşə bilmirlər? Çünki "Düşüncə Mərkəzi" adlı qurumun yaradılması AXCP-Müsavat qarşıdurmasının davamıdır. Radikal müxalifət düşərgəsində yaradılan və iflasa uğrayan qurumlar ilk növbədə partiyalararası ziddiyyətlərin məntiqi nəticəsidir".

Bu barədə SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov "İctimai Palata"nın buraxılaraq, onun yerinə "Düşüncə Mərkəzi" adlı qurumun yaradılmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, müxalifətin atdığı addımlar "dəvənin başını kolda gizlətməsi" məsələsinə oxşayır: "Ağıllarına hansı ideya gəlirsə, onu da həyata keçirməyə çalışırlar. Ona görə də, heç bir sosial bazaya, möhkəm ideologiyaya malik olmayan müxalifət radikallığa daha çox meylli olur və nəticədə, ciddiliklərini itirərək hər gün bir qurum yaradırlar. Bu qurumların isə, mahiyyəti dəyişmir, əvvəl kimlər idisə, yeni qurumda da həmin şəxslər təmsil olunurlar. Radikal müxalifətin bu vaxta qədər müxtəlif qurumlarda, bloklarda birləşməsi, sonradan isə ayrılması liderlərin bir-birlərini həzm etməmələri ilə, xüsusilə də siyasi ambisiyalarını güzəştə getməmələri ilə əlaqəlidir".

A.Hüseynov onu da əlavə edib ki, xaircdə olan bəzi dairələr kimi, daxilimizdə də radikal müxalifət Azərbaycanın inkişafını, xalq-iqtidar birliyini həzm edə bilmir: "Azərbaycanda oturuşmuş siyasi sistem, balanslaşdırılmış siyasət və iqtidarın xalqın iradəsinə əsaslanan əvəvzolunmaz ideoloji konsepsiyası mövcuddur".

Bütün xəbərlər Facebook səhifəmizdə