Səbuhi Abbasov: “Leyla xanim Əliyevanın apardığı siyasət birbaşa Azərbaycan və Azərbaycan gəncliyi üçün nümunəvi diaspora siyasətidir”

Səbuhi Abbasov: “Leyla xanim Əliyevanın apardığı siyasət birbaşa Azərbaycan və Azərbaycan gəncliyi üçün nümunəvi diaspora siyasətidir”

Müsahibimiz YAP Gənclər Birliyinin QHT-lər üzrə şöbə müdiri Səbuhi Abbasovdur:

- Səbuhi müəllim, dövlət gənclər siyasəti və qəbul edilən Dövlət Proqramının ümumilikdə gənclərin cəmiyyətdə özünə layiqli yer tutmasında rolunu necə qiymətləndirirsiz?

- Mən bir qədər əvvələ dönmək istərdim. Məlum olduğu kimi, Azərbaycanda gənclər siyasəti ilə qəbul olunan proqramların öz tarixi və öz kökü vardır. Belə ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra, gördüyü ilkin işlərdən biri də gənclərin hərtərəfli inkişafını təmin etmək məqsədi ilə aparılan siyasət idi. Bu məqsələ həm Gənclər İdman Nazirliyinin yaradılması, həm Gənclər Forumunun keçirilməsi, həm də bir çox ölkələrdə olmayan gənclər günün təsis edilməsi və bunların nəticəsi olaraq, gənclər proqramının qəbul edilməsi Azərbaycanda gənclərin hərtərəfli inkişafında mühüm bir mərhələ oldu. Bu gün Cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilən gənclər proqramı bu proqramın bir növ məntiqi ardıcıllığıdır və bu proqramda gənclərin hərtərəfli inkişafını nəzərdə tutan bəndlər var. Belə ki, gənclərin həm yaradıcılıq potensialının üzə çıxması, həm də gənclərin ictimai siyasi proseslərdə aktiv iştirakını təmin etmək məqsədi ilə həyata keçirilən layihələrin dəstəklənməsi, Cənab Prezident tərəfindən yaradılmış Gənclər Fondunun təsis edilməsi keçirlən tədbirlərin ən effektli töhvəsidir. Ümumilikdə Azərbaycan gənclərinin bu gün gördüyü işlərə nəzər salanda bir daha əmin olursan ki, Azərbaycan gənci dünyada baş verən proseslərlə ayaqlaşır və informasiya məkanında öz layiqli yerini tutmaqdadır.

- Bəzi gənclər bir növ qərəzli təbliğatların girovuna çevrilir və dağıdıcı qüvvələrə qarşı intelektli, bilikli, və savadlı Azərbaycan gəncliyi hansı mövqe ortaya qoyur və bunun müsbət tərəfləri nədən ibarətdir?

- Əgər söhbət müxalif mövqedə duran Azərbaycan gəncliyindən gedirsə, hesab edirəm ki, onların hər hansı bir mövqe ortaya qoymasından söhbət gedə bilməz. Bu fikirlə mən qəti razılaşa bilmərəm. Bu gənclər Azərbaycan daxilində idarə olunmur. Belə ki, həmin gənclərin beynini pozan və onlara pösixoloji təsir göstərməyə çalışan xaricdə yaşayan bir sıra qüvvələrdir. Onlar beynəlxalq təşkilatların maddi imkanlarından qidalanaraq, Azərbaycanda bir balaca iradəsi zəif və depresiyaya düşmüş gəncləri öz təsirləri altına alırlar və onları öz əllərində bir alətə çevirilər. əvvəllər bu kimi gənclərin fəaliyyəti sosial şəbəkələr çərçivəsində məhdudlaşırdı, və onlar sosial şəbəkələr vasitəsi ilə hər hansısa bir problemi şişirdərərk və uyduraraq ortaya qoymağa çalışırdılar. Lakin bu qrup gənclər o qədər cılız, savadsız və təşkilatlanmamış şəkildə fəaliyyət göstərirlər ki, onların fəaliyyətlərinin də nəisə bir effekt verəcəyi də şübhə doğurur.

- Bəzən, Gənclərin müəyyən dini qruplaşmalar sırasına cəlb etməklə Suriyada, gedən döyüşlərə cəlb edirlər. Qarabağ kimi problemimiz olduğu halda Suriya batqlığına gənclərimizin cəlb olunması nə qədər doğrudur?

- Bununla bağlı mətbuatda da dəfələrlə dəyərli millət vəkillərinin fikirləri ilə tanış oludum və gördüm ki, ictimai fikrindən asılı olmayaraq, bu gün hər kəsin mövqeyi eynidir. Yəni onlar birmənalı olaraq, Azərbaycan gənclərinin Suriyada döyişməsinə qarşı çıxırlar. Çünki, siz çox gözəl qeyd etdiniz ki, bizim 20 % torpaqlarımız işğal altındadır. Belə olduğu halda, Azərbaycan gəncinin gedib hər hansısa başqa bir dövlətdə "haqq-ədalət" naminə döyüşmələri və mübarizə aparmaları yol verilməzdir.

- Xaricdə gənclər Azərbaycanın milli və dövlətçilik maraqlarını lazimi qaydada təbliğ edə bilirlərmi?

- Bu gün qətiyyətlə deyə bilərəm ki, 2014-cü il Azərbaycan diaspora fəaliyyətində çox uğurlu və yeni bir səhifənin açılışı ili oldu. Baxmayaraq ki, il hələ yeni başlayıb, amma diaspora sahəsində olduqca böyük uğurlar artıq göz qabağındadır. Məlum olduğu kimi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanim Əliyevanın apardığı siyasət birbaşa Azərbaycan və Azərbaycan gəncliyi üçün nümunəvi diaspora siyasətidir. Çünki onun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından apardığı təbliğa-təşviqat kompaniyası sayəsində Azərbaycanı tanımayanlar da tanıdı və Azərbaycanı tanıyan ölkələrin Azərbaycana olan marağı daha da artmağa başladı.

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə