Mirkazım Kazımov: “Azərbaycandakı dini tolerantlıq monolitlik üzərində qurulub”

Mirkazım Kazımov: “Azərbaycandakı dini tolerantlıq monolitlik üzərində qurulub”

"Azərbaycan demokratik ölkədir və bütün dinlərə eyni şərait yaradılır". Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov bəzi xarici dairələrin ölkəmizdə din pərdəsi altında qarşıdurma yaratmağa cəhd etmələrinə münasibətini açıqlayarkən dedi.

Millət vəkili Azərbaycanda dini tolerantlıq mövcudluğunu və bunun digər ölkələr üçün nümunə olduğunu da qey etdi: "Azərbaycanda dini tolerantlıq mövcuddur. Hər hansı bir xarici qüvvələr din pərdəsi altında qarışıqlıq yaratmaq istəyirsə bu heç vaxt reallaşa bilməz. Bu sadəcə bir istəkdir. İlk öncə xalqımız Cənab Prezident İlham Əliyevin apardığı düzgün siyasəti dəstəkləyir və bu da dünyaya bir nümunədir".

Mirkazım Kazımov onu da vurğuladı ki, bu gün Azərbaycanda müxtəlif dini konfesiyalar, bir çox dini məbədlər fəaliyyət göstərir və bu kimi amil digər ölkələrə örnək olmalıdır: "Digər ölkələrdən fərqli olaraq bu gün bilavasitə dövlət rəhbərliyinin səyi, təşəbbüsü nəticəsində kilsələr, sinaqoqlar, məscidlər tikilir. Əlbəttə ki, bütün bunlar davamlı çəkildə aparılır. Təbii ki, Azərbaycanda mövcud olan dini tolerantlıq ölkəmizdə siyasi-iqtisadi maraqları olan bəzi dairələri narahat edir. Ancaq onların heç bir niyyəti baş tutmayacaq. Çünki Azərbaycandakı tolerantlıq həm də monolotlik üzərində qurulub".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə