"Ümid edirəm ki, Azərbaycan və Ermənistan prezidentləri qiymətli danışıqları davam etdirmək üçün yaxın zamanda görüşəcəklər". SİA-nın məlumatına görə, bu sözləri ATƏT-in Amerikalı həmsədri Ceyms Uorlik Armenpress"ə açıqlama verərkən deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə məsləhətləşmələri davam etdirəcəklər.
C. Uorllik həmçinin vurğulayıb ki, Minsk qrupunun həmsədrləri yaxın 2 həftə ərzində iki ölkənin XİN rəhbələri ilə məsləhətləşmələri davam etdirəcəklər və yaxın gələcəkdə regiona səfər edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB