Niyaməddin Orduxanlı: " İndi siz kimi təbrik edirsiniz?!"

Niyaməddin Orduxanlı: " İndi siz kimi təbrik edirsiniz?!"

"Azərbaycan radikal müxalifətinin Ukraynada baş verən hadisələrə sevinməyə mənəvi haqqı yoxdur". SİA xəbər verir ki, bu barədə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı facebookda ənənəvi düşərgə liderlərinin Ukrayna müxalifətinə təbrik məktubları yazmalarına münasibətini bildirərkən yazıb.

BAXCP rəsmisinin sözlərinə görə, Azərbaycanın radikal müxalifət nümayəndələri bütün günü sosial şəbəkədə yazırlar ki, Ukraynada baş verən hadisələr Azərbaycanda da baş verə bilər, ancaq bu adamlar başa düşmür ki, Ukrayna müxalifətinə rəhbərlik edən şəxslər Ukraynanın milli maraqlarını qoruyaraq, Rusiyanın maraqlarına xidmət edən və etmək istəyən Yanukoviç hakmiyyəti ilə mübarizə aparırdılar: "Bu həm də o demək idi ki, birbaşa Rusiya ilə savaşırdılar. Bu gün isə Ukrayna xalqı həm də Rusiyaya qalib gəldi. Ancaq siz, Azərbaycanın radikal müxalifətini təmsil edən şəxslər 2013-cü ildə Rusiyanın layihəsi olan Milli Şurada təmsil olunaraq Azərbaycanın milli maraqlarına zərbə vuraraq Rusiyanın tapşırıqlarını yerinə yetirirdiniz. Əvvəlcə, bu gün də Rusiyada yaşayan Rüstəm İbrahimbəyovu namizəd verdiniz, sonra da Cəmil Həsənlini. İndi siz kimi təbrik edirsiniz?! Ukraynada Rusiya məğlub olub! Sizlər Rusiyanın təsiri ilə hakimiyyətə gəlmək istəmirdiniz?! Mən şəxsən qürur duydum ki, Ukrayna xalqı öz qürurunu qoruyub saxladı. Və inanıram ki, bizim xalq da öz milli maraqlarını qorumaq üçün qanı bahasına olsa belə, öz müstəqil dövlətini qoruya biləcək addım atardı. Necə ki, 1995-ci ildə bütün xalq küçələrə çıxıb Heydər Əliyevə dəstək verdi. Bəli, Heydər Əliyevin doğru və düzgün qərarı ilə xalq öz müstəqilliyini qoruyub saxladı!"

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə