Moldova Ombudsmanı: “Xocalı faciəsinin günahkarları cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”

Moldova Ombudsmanı: “Xocalı faciəsinin günahkarları cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”

Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli Xocalı soyqırımının 22-ci ildönümü yaxınlaşır. Mən Azərbaycan xalqının bu kədərini bölüşürəm və hesab edirəm ki, beynəlxalq ictimaiyyət Xocalı faciəsinə siyasi-hüquqi qiymət verməlidir.
Bu sözləri jurnalistlərə müsahibəsində Moldovanın ombudsmanı Aurelia Qriqoriu deyib.
Moldovanın ombudsmanı Xocalı soyqırımının dünyada tanınması istiqamətində Azərbaycanın səylərini dəstəklədiyini bildirib. O deyib: "Bu gün nəinki dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək, həmçinin günahkarları cinayət məsuliyyətinə cəlb etmək və cəzalandırmaq üçün hadisələrə beynəlxalq səviyyədə dəqiq hüquqi-siyasi qiymət verməyin vaxtı gəlib çatmışdır. Məsələyə yalnız mənəvi qiymətin verilməsi ilə kifayətlənmək olmaz. Beynəlxalq hüquq normaları vardır ki, insanların qətlə yetirilməsinə, bir xalqa qarşı belə dəhşətli və dözülməz faciənin törədilməsinə görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə