Almaniyada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılır

Almaniyada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılır

Almaniyada Azərbaycan diasporasının fəalları Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş kütləvi yürüş təşkil ediblər. Diaspora fəalı Akif Məmmədovun SİA-ya verdiyi açıqlamasına görə, bu istiqamətdə fəallara Almaniyanın SDP partiyasından olan üzvləri, partiyanın fəalları, eləcə də SDP-dən seçilmiş bələdiyyə sədrləri, həmçinin parlament deputatları dəstək veriblər.

"Bu yürüşümüzdə Türkiyədən olan diaspora təşkilatları da bizə çox mühüm dəstək göstərdilər" - deyən Akif Məmmədov eyni zamanda bildirib ki, sözügedən yürüşlər Xocalı soyqırımı ilə yanaşı, 31 mart azərbaycanlıların soyqırımı günündə də davam edəcək.

Xatırladaq ki, Almaniyanın Nürenberq şəhərində fəaliyyət göstərən məscidlərdə şəhid olan soydaşlarımızın ruhuna ehsan süfrələri də açılıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə