"Bu gün Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, mükəmməl şəkildə təhsil alaraq, müasir tələblərə cavab verən peşəyə sahib olması və onların ölkənin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü işlər aparılır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov ölkə başçısı cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışarkən deyib.
YAP GB Ağdam rayon təşkilatı sədrinin sözlərinə görə, Azərbaycan dövləti hər bir addımında gəncləri müdafiə etdiyini, dəstəklədiyini nümayiş etdirir: "Belə bir halda, onlar müxalifətin ölkəmizdə sabitliyi pozmağa yönəlmiş zərərli fəaliyyətini heç bir halda qəbul etmir və dəstəkləmirlər. Ona görə ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyətcə, keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərimizin üzərinə böyük missiya düşür. Bu gün gənclərimiz nəinki ölkə daxilində, ölkənin hüdudlarından kənarda da Azərbaycanı layiqincə təmsil edirlər. Gənclərin elm, təhsil, idman və digər sahələrdə böyük irəliləyişləri diqqət mərkəzindədir. Bunun da əsasında Azərbaycan dövlətinin uğurlu gənclər siyasəti durur. Gənclərimiz ölkəmizin güclənməsində, sabitliyin davamlılığında əllərindən gələni əsirgəmirlər. Azərbaycan gəncləri vətənpərvərlikləri, fəallıqları ilə ölkəmizin uğurlu gələcəyini təmin etməyə qadirdilər.
Azərbaycan gəncliyinin yolu Heydər Əliyev yoludur. Bu yolda ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında davamlı inkişaf etməklə inamla irəliyə gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB