Mais Səfərli: “Müsavat Partiyasının demokratiyadan anlayışı yoxdur”
"Müsavat Partiyasının daxilində ciddi problemlər mövcuddur. Bura da demokratiyadan anlayış yoxdur. Son zamanlar elə bəzi Müsavat Partiyasının üzvləri də bunu etiraf etdilər". Bu fikirləri SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli söyləyib.
Mais Səfərli, həmçinin, Müsavat Partiyasında Gənclər Təşkilatına sədr seçkilərinin nəticələrindən sonra yaranan vəziyyəti həddən ziyadə biabırçı vəziyyət adlandırıb: "Hamımız şahidi olduq ki, adi bir gənclər təşkilatına sədr seçilməsi məsələsi partiya daxilində nə qədər böyük biabırçılıq yaratdı. Seçkilər bir neçə dəfə keçirildi və nəticədən sonra narazılıqlar yarandı. Bu cür hallar bir daha onu deməyə əsas verir ki, orada demokratik ab-hava mövcud deyil".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB