Aydın Hüseynov: “Hər bir görüş məsələnin həlli üçün növbəti addım deməkdir” AÇIQLAMA

Aydın Hüseynov: “Hər bir görüş məsələnin həlli üçün növbəti addım deməkdir” AÇIQLAMA

"Biz məcburən müharibəyə cəlb olunmuş bir dövlətik. Çox təəssüsflər olsun ki, ölkəmiz bu gün Ermənistan kimi təcavüzkar, aqressiv eyni zamanda bu gün kü sivil bəşəriyyətə yaraşmayan işğalçı bir dövlətlə qonşudu". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov cəbhə xəttində Azərbaycanın bəzi KİV-ləri tərəfindən mövqelərimizin özbaşına olaraq çəkilərək yayımlanması məsələsinə münasibət bildirərkən deyib.

A.Hüseynovun sözlərinə görə, müharibə şəraitinin öz qanunlar var: "Bu gün Azərbaycanın regionda hər bir mənada özünü həm silah, həm də texnika ilə təmin edəcək öz torpaqlarını iğşğalçı ölkədən azad edə biləcək güclü ordusu var. Bu mənada hesab edirəm ki, cəbhə xəttində bəzi KİV-lər tərəfindən mövqelərimizin açıq-aydın işıqlandırılaraq mətbuatda, sosial şəbəkələrdə yayılması düzgün deyil. Bu məsələlərlə məşğul olacaq Azərbaycan Müdafiə Nazirliyinin rəsmi qaydada məlumat verə bilən mətbuat xidməti mövcuddur. Bir sözlə, jurnalistin özbaşına olaraq cəbhə xəttindən hansısa məlumatı dərc etməsi, xəbər verməsi yolverilməzdir.

Azərbaycan və Ermənistan prezidentləri arasında planlaşdırılan görüşə də toxunan A.Hüseynov bildirib ki, ölkəmizin iqtisadi nüfuzu artdıqca artıq danışıqlarda müəyyən irəliləyişlərə nail olmaq mümkündür: "Bu mənada hesab edirəm ki, hər bir görüş məsələnin həlli üçün növbəti addım deməkdir. Azərbaycanın bütün görüşlərdə üstünlüyü mövcuddur".

Bütün xəbərlər Facebook səhifəmizdə