Əhməd Oruc: "Bəzi səfirliklər "şapka" əməliyyatına start veriblər"

Əhməd Oruc: "Bəzi səfirliklər "şapka" əməliyyatına start veriblər"

"ABŞ və Qərbin aparıcı dövlətləri guya demokratiyaya yardım layihələrini həyata keçirir. Bu məqsədlə fondları pul ayırır. Azərbaycanda da bir sıra siyasi qüvvələr də həmin pulların yuyulmasında iştirak edir". Bu fikirləri SİA-ya açıqlamasında "Azadlıq" Partiyasının sədri Əhməd Oruc bildirib.

Eldar Namazovun ABŞ səfiri ilə görüşünə münasibət bildirən partiya sədri onu da qeyd etdi ki, uzun illərdən bəri faktiki olaraq Azərbaycanda bir neçə şəxslərə, bəzi siyasi partiyalara milyonlarala vəsait yardımın edildiyi haqqında sənədlər ortaya qoyulur: "Azərbaycandakı səfirlər də "şapka" əməliyyatına start veriblər. Onlar Azərbaycanda bəzi partiyalarla iş birlyindədirlər. Bəzi səfirliklər Azərbaycanda görüntü yaratmaq üçün müəyyən addımlar atır və guya demokratiyanı dəstəkləyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə