Tural Abbaslı: “REAL Hərəkatının ciddi siyasi qurum olduğunu düşünmürəm”
"Milli Şura üzvlərinin atacağı addımları dəyərləndirməyi məqbul hesab etmirik". Bu fikirləri SİA-ya Müsavat Divanının üzvü Tural Abbaslı REAL Hərəkatının rəsmisi Erkin Qədirlinin Milli Şura sədri Cəmil Həsənlinin onların təşkilatına transfer olunması mümkünlüyü ilə bağlı iddialarına münasibətini açıqlayarkən bildirdi.
"Kimin hara keçəcəyi bizi maraqlandırmır" - deyə bildirən Tural Abbaslı Cəmil Həsənlinin müstəqil insan olduğunu deyib: "Cəmil Həsənli hansı partiyaya və ya təşkilata keçməsi şəxsi işidi. Biz partiya olaraq bu məsələdə mövqe bildirməməyi düşünürük. REAL Hərəkatının cəmiyyətdə, siyasi arenada o qədər də tanınan, ciddi siyasi qurum olduğunu düşünmürəm. Çünki onlar bu günə qədər hər hansı bir siyasi prosesdə ciddi nəticələr göstərməyib. Özləri haqqında bu qədər yüksək fikirdədilərsə, gələcəkdə hansısa seçkilərdə bunu sübut etsələr yaxşı olar".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB