Malena Mard: "Ümid edirik ki, Azərbaycanı ÜTT-də görəcəyik"

Malena Mard: "Ümid edirik ki, Azərbaycanı ÜTT-də görəcəyik"

"Avropa İttifaqı Azərbaycanla ticarət və iqtisadi sahədə əməkdaşlığı genişləndirmək niyyətindədir". SİA-nın xəbərinə görə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, Səfir Malena Mard Xəzər-Avropa Klubunun iclasında çıxışı zamanı deyib ki, hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq müqaviləsi üzərində danışıqlar gedir: "Biz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesini də yaxından izləyirik. Ümid edirik ki, buna nail olacağıq və Azərbaycanı ÜTT-də görəcəyik".

Marlena Mard bildirib ki, Azərbaycan rəqabətqabiliyyətlilik indeksinə görə 39-cu yerdədir: "Düşünürəm ki, bu böyük irəliləyişdir. Lakin burada gömrük və vergi sahəsində də problemlər var. Bunlar da gündəlikdədir. Avropa İttifaqı Azərbaycanla biznes və turizm sahəsində də əməkdaşlığı inkişaf etdirmək niyyətindədir".

Bütün xəbərlər Facebook səhifəmizdə